Menu

Prodüser Təranə Səmədova həbs olunub

14.02.2023, 20:32
Prodüser Təranə Səmədova həbs olunub

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məlumatı saytımıza açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Onu da qeyd edək ki, bu barədə məlumatı ilk shownews.az saytı yayıb.

Şərhlər

dadaşyev 2023-02-15 15:46:33

Şəxsən mən dodaqlarını şişdirən qadınlardan qorxuram.Bu əcaib bir duyğudu məndə,elə bilirəm belələrinin xatası var,ona görə də hətta son dərəcə lazımlı bir işim olsa və o işi həll etmək üçün qadın işə baş qoşsa,görüncə ki dodaqları Dubay əmirinin dodaqları kimi köppəşdi,bir bəhanə tapıb o qadından uzaqlaşıram.Çünki uşaqlıqdan hesab etmişəm ki gözəlin dodaqları nazik olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol