Menu

Azərbaycan və Türkiyə telekanalları yardım kampaniyası çərçivəsində ortaq yayım təşkil edəcək

14.02.2023, 21:57
Azərbaycan və Türkiyə telekanalları yardım kampaniyası çərçivəsində ortaq yayım təşkil edəcək

Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası eyni vaxtda canlı yayımlanacaq.

Yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək. (Mənbə: TRT)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol