Menu

Azərbaycanın xilasediciləri Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurub

15.02.2023, 14:35
Azərbaycanın xilasediciləri Kahramanmaraşda zərərçəkmişlərə çadır şəhərciyi qurub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağı başa çatdırıb.

Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülür. Sadırlar yerli aidiyyəti orqanlar tərəfindən sakinlərə təlvil verilməyə başlanılıb.

Qeyd edək ki, Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol