Amerikalı tədqiqatçılar Rusiyanın minlərlə ukraynalı uşağı Ukraynanın işğal olunmuş ərazilərindəki müəyyən şəhərlərə yerləşdirdiyini bildirir.
“AzPolitika.info” “Azadlıq” radiosuna istinadla bildirir ki, fevralın 14-də açıqlanmış hesabatda Rusiyanın əsas məqsədinin həmin uşaqları rusiyapərəst etmək üçün “yenidən tərbiyələndirmək” olduğu bildirilir.
Hesabat Yeyl Universitetinin İctimai Səhiyyə Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası tərəfindən, Dövlət Departmentinin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb. Həmin layihə Rusiyanın törətdiyi iddia olunan insan haqları pozuntuları və hərbi cinayətləri araşdırır.
Tədqiqatçılar azı 6 min ukraynalı uşağın yerləşdirildiyi 43 düşərgə və digər obyekt müəyyənləşdirdiklərini deyirlər.
“Aşkarladığımız düşərgələrin əsas məqsədinin siyasi baxımdan yenidən tərbiyə olduğu görünür”, – tədqiqatçılardan biri “Nataniel Reymond” jurnalistlədə deyib.
Hesabatda həmçinin Rusiya hökumətinin uşaqların Ukraynadakı qohumları arasında kommunikasiyanı kəsmək, onların Ukraynaya qayıtmasının qarşısını almaq cəhdlərinə dəlil yer alıb. Düşərgələrdən bəziləri uşaqların evlərindən minlərlə kilometr məsafədə yerləşir.
Uşaqların arasında valideyn himayəsindən məhrum, həmçinin Rusiya bir il öncə işğala başlayanda Ukrayna dövlət müəssisələrində qalanlar var. Bəzi uşaqların valideynləri, ailə qəyyumları olsa da, bəzilərinin kiminsə himayəsində olması müharibə səbəbindən qeyri-müəyyəndir.
Hesabata görə, Ukraynadan bəzi uşaqlar rusiyalı ailələrə övladlığa verilib, yaxud Rusiyada “tərbiyə almağa” göndərilib.
“Uşaqların bu cür transferi və deportasiyası heç bir standarta uyğun gəlmir”, – Dövlət Departamenti bildirib.
Qurum qeyd edir ki, himayədə olan şəxslərin qanunsuz transferi və deportasiyası dinc sakinlərin qorunması üzrə Dördüncü Cenevrə Konvensiyasının pozulmasıdır və hərbi cinayətə bərabərdir.
Dövlət Departamenti Rusiyadan tələb edir ki, məcburi transfer və deportasiyaları dayandırsın və uşaqları ailələrinə və qanuni qəyyumlarına qaytarsın. Rusiyadan həmçinin tələb olunur ki, yerləri dəyişdirilmiş və deportasiya olunmuş uşaqların qeydiyyat siyahısı təqdim olunsun, sözügedən müəssisələrə kənardan müstəqil müşahidəçilərin çıxışına imkan verilsin.
Rusiya proqramının əhatələdiyi ən kiçik uşağın dördaylıq olduğu, bəzi düşərgələrdə 14 yaşınadək uşaqlara hərbi təlim keçildiyi bildirilir. Ancaq tədqiqatçılar bu uşaqlardan döyüşdə istifadəyə dəlil tapmayıb.
“AzPolitika.info”


Şərhlər
Erməni xislətli ruslar. Belanizi Allah versin
Göresen bu dünya miye bu gündedir?Ele bil ki,dövletleri ve millionlarla günahsız insanları Putin kimi İblise qullyq edenler idare edir,iş işden keçenden sonra on iller lazım olur ki ,Allaha qullyq edenler bu facieleri aradan qaldırsın onda da iş işden keçmiş olur.