Menu

ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya verə bilər - FOTO

15.02.2023, 16:35
ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya verə bilər - FOTO

ABŞ rəsmiləri ölkə donanmasının müsadirə etdiyi İran silahlarının bir partiyasını Ukraynaya göndərmək planını nəzərdən keçirir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ –da nəşr olunan “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Adı çəkilməyən ABŞ və Avropa rəsmilərinin fevralın 14-də qəzetə dediyinə görə, son aylar Yəmən sahillərində qaçaqçılardan müsadirə olunan silahlar içərisində 5 mindən çox avtomat silah, 1.6 milyon patron, az sayda tank əleyhinə raketlər var.

Qəzetin müsahibləri deyiblər ki, problem BMT-nin Yəmənə silah göndərişinə embarqonun şərtləri ilə bağlıdır. Belə ki, müsadirə olunan silahlar məhv edilməli, başqa hərbi münaqişələrdə istifadə olunmamalıdır.

Hüquqşünaslar isə Ağ evə təklif edirlər ki, qanunsuz fəaliyyətlə məşğul olan insanlar, yaxud təşkilatlara məxsus aktivlərin dondurulması haqda qanunlardan istifadə etsinlər. Ancaq bundan ötrü prezident sərəncamı, yaxud Konqresin xüsusi qərarı lazımdır.

Amma müsadirə olunmuş silahların sayı böyük olmadığından amerikalı rəsmiləri Ukraynaya İran silahlarını verməyin simvolik mənası olduğunu deyirlər. Yəni, bu, presedent rolunu oynaya bilər, çünki husi yaraqlılara göndərilən silahların ələ keçirilməsi davam edir.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol