Menu

Dağıdıcı 10-cu paket gəlir – Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

15.02.2023, 17:22
Dağıdıcı 10-cu paket gəlir – Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının ildönümü ərəfəsində Rusiyaya onuncu sanksiya paketini qəbul etməyə hazırlaşır. Paket çərçivəsində Rusiyanın “Alfa-Bank”, “Tinkoff-Bank”, “Rosbank”, eləcə də Milli Rifah Fonduna (NWF) qarşı məhdudiyyətlər tətbiq edə bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi müzakirə olunan sanksiya layihəsinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, Aİ sözügedən bankları Mərkəzi Bankın aktivləri haqqında məlumatı açıqlamağa məcbur etmək və sanksiyalara görə dondurulmuş Rusiya aktivləri ilə bağlı hesabatları sərtləşdirmək niyyətindədir.

Tələb olunan məlumatları təqdim etməkdən imtinaya görə fiziki şəxslərin 50 min avroya qədər cərimələnməsi və hüquqi şəxslərdən illik gəlirinin 10%-nin tutulması təklif edilir.

Bu informasiyaların əldə edilməsi Ukraynanın yenidən qurulmasında dondurulmuş Rusiya vəsaitlərindən istifadəsi variantlarının araşdırılması istiqamətində ilk addım kimi qiymətləndirilir.

“Bloomberg” xəbər verir ki, Rusiya ordusunun istifadə etdiyi mal və texnologiyalara, həmçinin elektronika və nadir meşə metallarına da ticarət məhdudiyyətləri tətbiq ediləcək.

Avropa İttifaqı həmçinin sanksiyalardan yayınmağı çətinləşdirmək üçün Rusiya ərazisindən malların tranzitinə qadağa qoyulmasını təklif edir.

Bundan başqa onlarla hüquqi və fiziki şəxs, o cümlədən siyasətçilər və hərbçilər, habelə Ukraynaya qarşı təcavüzü dəstəkləmək üçün təbliğat aparan Rusiya KİV-ləri sanksiyalara məruz qalacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol