Menu

Ukraynaya getməmək üçün özünü asdı - Rusiyalı çağırışçı komandirlərini günahlandırıb + FOTO

15.02.2023, 17:52
Ukraynaya getməmək üçün özünü asdı - Rusiyalı çağırışçı komandirlərini günahlandırıb + FOTO

“Qorxu və nifrətdən başqa heç nə qazandırmayan insanlara tabe olmaq istəmirəm. Məni sındıra bilmədiniz və bilməyəcəksiniz... Mən burada, öz doğma torpağımda ölməyə qərar verdim, əlim özgə qanına bulaşmadan”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Komidən Rusiya ordusuna həqiqi xidmətə çağırılmış əsgər Sergey Qridin özünə qəsd etməmişdən öncə yazıb. Bu xəbər Rusiya “Teleqram” kanallarında geniş müzakirələrə səbəb olub.

Xəbərdə qeyd olunur ki, Qridin komandirlərinin tələblərinə baxmayaraq, Ukraynadakı müharibəyə qatılmaqdan imtina edib. Bundan sonra təhqir və təqib olunduğunu yazan Qridin həyatına son qoymaq fikrinə gəlib.

Öz kəməri ilə dəmir piləkəndən özünü asan Qridin son məktubunda yazıb ki, onun təmsil olunduğu bölük bir müddət əvvəl Ukraynaya göndərilib. Lakin oradan onun əsgər yoldaşlarından heç kim sağ qayıtmayıb.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol