Menu

Azərbaycanda onkoloji xəstəlik aşkarlanan uşaqların sayı açıqlanıb

15.02.2023, 18:29
Azərbaycanda onkoloji xəstəlik aşkarlanan uşaqların sayı açıqlanıb

Bu gün Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə APA-ya açıqlamasında bildirib ki, ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıb:

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir”.

Qeyd edək ki, 2021-ci ildə isə Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Şərhlər

qaraguruh 2023-02-15 18:59:43

xalqınıza səmimi olun--onkoloji və mülicəsi Azərbaycanda mümkün olmayan xəstəliklərin müalicəsinin Dövlət babanın üzərinə götürülməsi üçün təkliflər verin--bundan dövlət kasıblamayacaq, lakin qüdrəti-hörməti artacaq. Bu gün isə onkoloji və SPAkimi xəstəliklər var ki uşaqlar müalicə oluna bilmir--hər işdə Rusiyaya istinad edə biliriksə də bu işdə də c Putiniə baxın-lütfən (HEÇ BİR MÜALİCƏ FƏLAN YOXDUR)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol