Rusiyada hökumətə bağlı təhlil mərkəzi bildirir ki, Moskva ötən ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayamdan dost və qeyri-dost kommunikasiya rejimləri arasında qütbləşmə artıb.
İşğalı dəstəkləyən Belarus Moskvanın dostları siyahısında başda yer alıb, Ukrayna isə “ən pis düşmən” sayılıb.
Ötən ilin ən yaxşı dostu Qazaxıstan Rusiya ilə münasibətlərində tərəddüdlü ölkələr siyahısına salınıb.
“Qonşu Ölkələrdə Kommunikasiya Rejimlərinin Dostluq Reytinqi”nin daxil olduğu 14 ölkə üzrə araşdırmanı Kommunikasiyanın İnkişafı üzrə Milli Tədqiqat İnstitutu (KİMTİ) hazırlayıb.
Reytinq qonşu ölkələrin Moskvanın Ukraynaya qarşı işğala başlayandan Rusiyaya dost münasibətində artımı və azalmanı göstərir.
Ukrayna, Estoniya, Latviya və Litvada kommunikasiyanın inkişafı şərtlərinin pisləşdiyi, Özbəkistan və Türkmənistanda isə əvvəlki kimi qaldığı vurğulanır. Ermənistan dostl ölkələr sırasında +58.3 balla 5-ci yerdədir.
Rasim
“AzPolitika.info”


Şərhlər
Rusiya özü bütün ölkələrin düşmənidir.