Menu

"Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq" - Lukaşenko

16.02.2023, 14:13
"Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko hansı halda ordudan istifadə etməyə hazır olacağını açıqlayıb.

APA-nın Rusiya bürosu BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə xarici və belaruslu jurnalistlərlə görüşündə bildirib.

“Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlsə, mənim insanlarımı öldürsə... Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”, - deyə Belarus lideri vurğulayıb.

Şərhlər

Roma 2023-02-16 19:10:10

Belarusun mövqeyi mənə bir lətifəni xatırlatdı,...bir gün meşədə heyvanlar yığılıb aclığdan necə qurtarmalı haqda qərar çıxarmağ istəyirlər və belə qərara gəlirlər ki, növbə ilə öz içlərindən gündə birini yesinlər. Dovşan başa düşür ki, uzağı bir-iki günə növbə ona çatacağ deyə, tez irəli çıxaraq ucadan səslənir ki, şirnən işi olan qabağında məni görəcək...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol