Menu

“İsveç memorandumun şərtlərinə tam əməl etməyib” - Türkiyə XİN rəhbəri

16.02.2023, 15:39
“İsveç memorandumun şərtlərinə tam əməl etməyib” - Türkiyə XİN rəhbəri

“İsveç NATO-ya daxil olmaq üçün memorandumun şərtlərini tam yerinə yetirməyib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.

“İsveçin bizim memorandum üzrə öhdəliklərini kifayət qədər yerinə yetirdiyini söyləmək düzgün olmazdı. Bəli, təhlükəsizlik sahəsində qanunları dəyişiblər. Buna baxmayaraq, bu ölkədə terrorçular, PKK fəaliyyətini davam etdirir. Biz İsveç və Finlandiya tərəfindən atılan bəzi müsbət addımları etiraf edirik və görürük. Amma öhdəliklər hələ tam yerinə yetirilməyib”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol