Menu

Azərbaycandan dəmir yolu ilə Türkiyəyə yardım göndərildi - FOTO

16.02.2023, 15:55
Azərbaycandan dəmir yolu ilə Türkiyəyə yardım göndərildi - FOTO

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib.

Oxu.Az xəbər verir ki, tədbirdə ADY sədri Rövşən Rüstəmovun və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak ediblər.

R.Rüstəmov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla göndərilirdi:

“Artıq dəmir yolu vasitəsilə də yardım göndərildi. Qardaş ölkəyə köməyin vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol