Menu

Slovakiya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb

16.02.2023, 17:51
Slovakiya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb

Slovakiya parlamenti Rusiyadakı hakimiyyəti terrorçu rejim, ölkəni isə terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

“Report” xəbər verir ki, bu barədə “Aktuality.sk” məlumat yayıb.

Bildirlib ki, parlament Rusiyanın mülki əhaliyə, obyektlərə və əsas enerji strukturlarına qarşı irimiqyaslı hücumlarını, Ukraynaya təcavüzünü bir daha pisləyib.

Qanunverici qurum Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol