Menu

“NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzunmüddətli ola bilər” - Stoltenberq

16.02.2023, 21:19
“NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzunmüddətli ola bilər”  - Stoltenberq

“NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzanmüddətli ola bilər və bu səbəbdən alyans hadisələrin bu istiqamətdə cərəyan etməsinə hazır olmalıdır”.

"Report" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Agence France-Presse” agentliyinə açıqlamasında bildirib.

Y.Stoltenberq qeyd edib ki, alyansa üzv olan 30 dövlət Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah-sursatla təmin etməyə hazırdır.

O hesab edir ki, Rusiyanın qələbəsi ukraynalılar üçün faciə olacaq, həm də digər ölkələr üçün təhlükə yaradacaq və beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini nümayiş etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol