Menu

Polis bir gündə 8,8 kq narkotik vasitə aşkarlayıb

17.02.2023, 09:57
Polis bir gündə 8,8 kq narkotik vasitə aşkarlayıb

Polis bir gündə 8,8 kq narkotik vasitə aşkarlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının fevralın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,4 kiloqramdan artıq heroin, 1,3 kiloqramdan çox marixuana, 70 qrama yaxın metamfetamin, 90 ədəd metadon həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol