PAŞİNYAN ƏLİYEVLƏ ÜZ-ÜZƏ GƏLMƏKDƏN QAÇDI – Ermənistan rəsmisindən açıqlama

“Bu gün Paşinyanla Əliyevin görüşü qəti planlaşdırılmır".

AzPolitika.info” xəbər verir ki, bu barədə Paşinyanın ofisinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yerli mətbuata açıqlamasında bildirib.

“Bu gün və ya sabah liderlərinin görüşünün keçiriləcəyi haqda məndə məlumat yoxdur” – deyə, Armen Xaçatryan deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcək. Bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytındakı məlumatdan məlum olur.

Həmin paneldə iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var. Panelin moderatoru isə Münhen Təhlükəsizlik Konfransının sədri Kristofer Hausgendir.

Qeyd edək ki, Prezident İlham Əliyev, həm də Baş nazir həm Nikol Paşinyan, fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada işgüzar səfərdədirlər.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar