Menu

Naxçıvanda yaşayış binasında yağın olub - VİDEO (Yeniləndi)

17.02.2023, 19:50
Naxçıvanda yaşayış binasında yağın olub - VİDEO (Yeniləndi)

Naxçıvanda yaşayış binasında baş verən yanğın nəticəsində beşmərtəbəli binanın dam örtüyü 400m² sahədə yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400m² sahədə yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Naxçıvan şəhərində altımərtəbəli yaşayış binası yanır. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Yanğın şəhərin 3-cü mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol