Menu

“Rusiyanın Avropadakı casus şəbəkəsi xeyli zəifləyib” – “Putin bunu gözləmirdi”

17.02.2023, 17:09
“Rusiyanın Avropadakı casus şəbəkəsi xeyli zəifləyib” – “Putin bunu gözləmirdi”

Son bir ildə Qərb ölkələri Rusiyanın Avropadakı casus şəbəkəsini xeyli zəiflədib və bu, Kreml üçün sürpriz olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrində yayımlanan məqalədə bildirilib.

Nəşr yazıb ki, ötən il Qərb hökumətləri Ukraynaya silah tədarükünü artırarkən və Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq edərkən, ABŞ və Avropa təhlükəsizlik agentlikləri Rusiyanın casus şəbəkələrini məhv etmək üçün paralel kampaniyalar aparıblar.

Nəticədə bu ilin yanvar ayında Almaniyada rus casusu Artur Eller həbs edilib. Bundan əvvəl isə Hollandiya, Norveç, İsveç, Avstriya, Polşa və Sloveniyada çoxsaylı rus agentlərinin saxlanması, habelə Rusiya səfirliklərində diplomatik statusa malik olan rus casuslarının kütləvi şəkildə ölkədən çıxarılması baş verib.

ABŞ və Avropa təhlükəsizlik rəsmiləri Rusiyanın casus şəbəkəsinin hələ də mövcud olduğunu bildirsələr də, rus şəbəkəsinin indiyə qədər aldığı ən böyük zərərin bu olduğunu deyirlər.

“Görünür, kampaniyanın miqyası Rusiyanı təəccübləndirib və onun əməliyyatlar aparmaq qabiliyyətini zəiflədib. Əgər belədirsə, bu, Rusiya Prezidenti Vladimir Putinin üzləşdiyi mənfi nəticələrin siyahısına əlavə edilə bilər. Hər halda o, Ukraynanı işğal etmək əmrinin nə vaxt verililəciyini əvvəlcədən görə bilmədi” – deyə, qəzet yazır.

Ekspertlər qeyd ediblər ki, son hadisələrlə birlikdə Rusiya Federasiyasının Avropaya təsir göstərmək və Ukraynaya silah tədarükü ilə bağlı məlumat toplamaq imkanları xeyli zəifləyib.

İndi Rusiya bu itkiləri daha çox kibercasusluq və qaçqın adı altında Qərbə göndərdiyi yeni agentlərlə kompensasiya etməyə çalışır.

Nəşr yazır ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hazırda da Rusiya casus şəbəkəsi Avropa ölkələrində fəal şəkildə fəaliyyətini davam etdirir. Rusiya agentlərinin Kremlin göstərişi əsasında Avropada terror aksiyaları həyata keçirməklə məşğul olduğu bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol