Menu

Avropa Qafqazda hərbi cəhətdən möhkəmlənə bilərmi? – “Rusiya Fransadan narahat olmalıdır...”

17.02.2023, 17:56
Avropa Qafqazda hərbi cəhətdən möhkəmlənə bilərmi? – “Rusiya Fransadan narahat olmalıdır...”

Ermənistanın marionetka Baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahiş etdi ki, Azərbaycanla təmas xəttinə müşahidəçilər göndərsin. Brüssel iki aylığına təmas xəttinə müşahidəçilər göndərdi. Moskva əvvəlcə buna etiraz etmədi.

Ancaq iki ay bitdikdən və Paşinyan Avropa İttifaqının müşahidə missiyasının müddətini və sayını artırmaqla bağlı Brüssellə razılığa gəldikdən sonra Kreml narahat olmağa başladı.

Hazırda Moskvada hesab edirlər ki, Avropa İttifaqı Rusiyanın Ukraynada başının qarışmasından istifadə edərək Cənubi Qafqazda, o cümlədən Ermənistanda hərbi nöqteyi nəzərdən möhkəmlənmək istəyir. Bu mümkündürmü?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Avropa İttifaqı NATO-dan fərqli olaraq hərbi struktur deyil, hər hansı ölkədə hərbi baza yarada bilməz. O buna misal kimi Avropa İttifaqının Rusiyanın Gümrüdəki hərbi bazasını əvəz edə bilməyəcəyini göstərir.

“Bu praktik baxımdan mümkün deyil”, - o əlavə edib.

Təhlilçi qeyd edir ki, Avropa İttifaqına üzv dövlətlərinin bir qisminin Cənubi Qafqazda maraqları olsa da, Rusiya ilə toqquşmaq istəmirlər: “Avropa İttifaqına üzv dövlətlər arasında Azərbaycanla strateji tərəfdaş olanlar da var, enerji əməkdaşlığı mövcuddur. Həmin dövlətlər Avropa İttifaqının müşahidəçi missiyasının tərkibində yer almağa tələsməyəcəklər. Avropa İttifaqının Ermənistana göndərəcəyi müşahidəçi missiyasında əsasən Fransa nümayəndələri yer alacaqlar. Əslində Kreml Avropa İttifaqından çox Fransanın Ermənistanla sıx əlaqələrindən narahat olmalıdır”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol