Yaponiya və Cənubi Koreya Şimali Koreyanın yeni ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb.
“AzPolitika.info" xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya yerli vaxtla saat 17:20 radələrində Yapon dənizi istiqamətində ballistik raket atıb.
66 dəqiqə havada qalan ballistik raketin 900 kilometr məsafə qət etdiyi və 5 min 700 kilometr yüksəklikdən uçduğu qeyd edilib.
Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, raket Yaponiyanın milli ərazi sularına düşüb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyan yaxınlığındakı Sunan bölgəsindən uzaqmənzilli ballistik raketin buraxılmasını təsdiqləyiblər.
“AzPolitika.info”


Şərhlər