Türkiyənin “Hatayspor” futbol klubunda çıxış edən 31 yaşlı Kristian Atsu Kahramanmaraşda baş verən zəlzələ nəticəsində həlak olub.
“AzPoliitka.info” xəbər verir ki, bu barədə futbolçunun meneceri Murat Uzunmehmet şəxsi “Twitter” hesabından paylaşım edib.
“Atsunun cansız bədəni dağıntılar altında tapıldı. Hazırda əşyaları çıxarılır. Telefonu da tapıldı” - deyə, paylaşımda bildirilir.
Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” kimi klublarında da çıxış edib.
“AzPolitika.info”


Şərhlər