Menu

Sabah hava necə olacaq? - Proqnoz

17.11.2014, 13:20
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti olacaq.

A. Verdiyev bildirib ki, Azərbaycanda qeyri-sabit hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol