Menu

İrlandiya tarixində ən böyük yardımı Türkiyəyə göndərdi - FOTO

19.02.2023, 14:23
İrlandiya tarixində ən böyük yardımı Türkiyəyə göndərdi - FOTO

İrlandiya tarixinin ən böyük yardım göndərişini həyata keçirib. İrlandiya Respublikası Türkiyəyə 110 ton təcili yardım göndərib.

Bu barədə ölkənin xarici işlər naziri Maykl Martin məlumat verib.

O qeyd edib ki, 700 çadır, 900 termal yorğan, 3 min lampa, 3 min gigiyena dəsti, 3 min mətbəx dəsti və 3 bidondan ibarət olan yardımla ən az 42 min insanın ehtiyacı qarşılana bilər.

Yardım Birləşmiş Millətlər Təşkilatının Dubaydakı anbarına çatdırılıb. Oradan isə Adanaya yönləndirilib.

Mənbə: Haber Global

Şərhlər

Roma 2023-02-19 15:36:55

Kimin köməyi olubsa, qardaş, canımız-qanımız bir, Türk Xalqına, Dövlətinə (bu dövrdə də oğurluğundan qalmayan ermənidən başqa) hamısına minnətdarıq, sağ olsunlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol