Menu

Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışladı - Türkiyə mediasında xəbər oldu + VİDEO

19.02.2023, 19:57
Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışladı - Türkiyə mediasında xəbər oldu + VİDEO

Türkiyə mediasında zəlzələdən əziyyət çəkənlərə yardım edən azərbaycanlılarla bağlı sujetlər yayımlanır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı xəbər olub.

Xəbərdə bildirilir ki, Qardaş ölkə Azərbaycan zəlzələnin ilk anından bütün imkanlarını səfərbər edib.

“Azərbaycan xalqı zəlzələ bölgəsinə yardım göndərməkdə davam edir.

Azərbaycanda yardım toplama mərkəzinə gələrək qızının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan şəxsin sosial şəbəkədə görüntüləri gündəm olub.

Qızının cehizini göz yaşları içində Türkiyəyə göndərən şəxsin videosunu seyr edənlər də buna kövrəlmədən baxa bilmirlər”,-deyə xəbərdə qeyd olunub.

Həmin anların videosunu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol