Menu

“Zəlzələ bölgəsində epidemiya vəziyyəti yoxdur” - Türkiyənin səhiyyə naziri

19.02.2023, 23:46
“Zəlzələ bölgəsində epidemiya vəziyyəti yoxdur” - Türkiyənin səhiyyə naziri

“Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter hesabında yazıb.

Nazirin sözlərinə görə, suçiçəyi xəstəliyinə 1 yoluxma aşkar edilib.

O, qeyd edib ki, kəskin bağırsaq infeksiyalarına yoluxma hallarında artım var. Bununla yanaşı, xəstəxanaya yerləşdirilən xəstələr azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol