“Biz istəyirik ki, Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanmış əfv və amnistiya siyahısında bütün siyasi dustaqların adı olsun və onlar azadlığa qovuşsunlar”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Global.info”.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, xəstəliyi olan dustaqlar mütləq azad olunmalıdırlar: “Bloger, jurnalistlər, siyasi partiya üzvləri, ağır xəstəliyi olan şəxslər azad edilməlidirlər. Bizim təklif etdiyimiz siyahıda Eldar Həsənov, Hüseyn Abdullayev və Cahangir Hacıyevin də adı var. Hüquq müdafiəçimiz Elçin Məmmədli artıq neçə ildir ki, həbsdədir və biz onun azadlığa qovuşmasına yardım edə bilmirik. Cəmiyyətə zərər verməyən insanlar mütləq azad olunmalıdırlar”.
N.Cəfəroğlu ömürlük həbs cəzası alanların da azad olunmasını istədiyini deyib:“İstərdik, Milli Məclis ömürlük həbs cəzası alan OMON-çularla da bağlı bir qərar çıxarsın. Onlar Vətən uğrunda mübarizə aparan şəxslərdir və 20 ildən çoxdur ki, həbsdədirlər. Bizdə digər siyahıda dini məsələlərlə bağlı həbs olunanların da adları var...”
“AzPolitika.info”


Şərhlər
Belə çıxır ki,Novella Cəfəroğlu böyük cinayətlər törətmiş mafioz və oliqarxları əfv etdirib yenidən cəmiyyətin canına daraşdırmaq istəyir. Bunun adı humanizm deyil. ƏDALƏTİ döyüb ölkədən qovmaqdır.
Novella xanımın dediyindən belə çıxır ki,hansı cinayəti törətməyindən asılı olmayaraq,dustaq xəstədirsə azad olunmalıdır.Siyasi dustaqları olar,ancaq böyük cinayət törədənləri necə azad etmək olar?
"hörmətli "quldurlar,yolkəsənlər cələkəsənlər,yırtıcılar,adamyeyənlər,zırramalar,anasının əmcəyini kəsənlər qoxmayın hamınız bələcə beş on gūn oralarda guya yatacaqsınız sonra etap-etap çıxacaqsınız azadlığa.cəmiyyətin danışmağına fikir verməyin onu sayan da yoxdur.dərd o yerə çatıb ki qanunlarımızı da yaltaq öyrədiblər
Talançılara heç nə olmayacaq. Gözdən pərdə asmaq üçün quldurların bəzilərini 1-2 il yatdırdacaqlar sonra deyəcəklər ki gedin millətə atdığınız milyardları yeyin. Bu millət atılası millətdir düz edib atmısınız. Quldur komanda bu yolla millətimizə ermənidən də pis divan tuturlar