Menu

Türkiyəyə getməyimi Prezident Bayden istədi - BLİNKEN

20.02.2023, 17:32
Türkiyəyə getməyimi Prezident Bayden istədi - BLİNKEN

Mənim ən qısa zamanda Türkiyəyə getməyimi Prezident Bayden istədi.

APA xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.

O bildirib ki, ABŞ Türkiyəyə zəlzələ fəsadlarının aradan qaldırılması üçün 300 nəfərlik heyət göndərib, onların arasında xilasetmə qrupları və ekspertlər olub:

“Prezident Bayden Türkiyə ilə həmrəylik göstərmək və lazımi dəstəyi vermək üçün güclü təlimatlar verib. Biz yardımla bağlı Türkiyə hökuməti ilə koordinasiyalı işləyirik. Evlərini itirən insanlar üçün sığınacaqları, çadır və konteynerləri, portativ tualetləri, qidalar, tibbi yardım və s. bütün bu yardımları çatdırmaq üçün Türkiyədəki tərəfdaşlarla işləyirik”.

Şərhlər

vətəndaşı 2023-02-20 19:08:09

gəlməsəydin daha iyi olurdu--belə laqeydliyiniz ona gətirəcə ki Türkün seçimi Rusua yönlü oiacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol