Menu

Rusiya kəşfiyyatı Niderlandda silsilə təxribatlar hazırlayır – Hədəf enerji sektoru ola bilər...

20.02.2023, 18:37
Rusiya kəşfiyyatı Niderlandda silsilə təxribatlar hazırlayır – Hədəf enerji sektoru ola bilər...

“Rusiya xüsusi xidmət orqanları Niderlandın ərazi sularında silsilə təxribatlar hazırlayır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Niderland kəşfiyyatı bəyanat yayıb. Məlumatda qeyd olunur ki, təxribat ölkənin Şimal dənizindəki enerji infrastrukturuna yönəldilə bilər.

Kəşfiyyat rəhbəri Jan Svillensin dediyinə görə, enerji parkının ərazisində külək stansiyaları olan, külək turbinlərinin xəritəsini hazırlayan Rusiya gəmisi görülüb. Hollandiya sahil mühafizəsinin gəmiləri Rusiya gəmisini Şimal dənizindən çıxarıb.

Svillens, Rusiya qüvvələrinin son aylarda Niderland külək stansiyalarına artan marağına diqqət çəkib. Onlarda belə maraq artımı ilk dəfədir müşahidə olunur. Kəşfiyyat məlumatlarına görə, hədəfi dənizdə külək turbinləri, qaz kəmərləri və internet kabelləri ola biləcək təxribata hazırlıq gedə bilər.

Fevralın 18-də Niderland hakimiyyəti Rusiyanın Haaqadakı səfirliyində rus diplomatlarının sayının azaldılmasını və Amsterdamdakı Rusiya ticarət ofisinin bağlanmasını tələb edəcəyini açıqlayıb. Xarici işlər naziri Uopke Hoekstra hesab edir ki, Rusiya diplomatik pərdə altında Niderlanddakı kəşfiyyat strukturlarına sızmağa cəhd etməkdə davam edir.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Niderlandın Rusiya diplomatik işçilərinin sayını azaltmaq qərarına cavab verəcək.

Keçən ilin yazında Niderland kəşfiyyatda işləmək şübhəsi ilə 17 rus diplomatını ölkədən çıxarıb. Oxşar qərarlar daha sonra Belçika, İrlandiya və Çexiya tərəfindən qəbul edildi. Qovulduqdan sonra Niderlandda akkreditə olunmuş 58 rusiyalı diplomat qalıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol