ABŞ rəsmiləri Baydenin Kiyevə səfəri öncəsi Moskva ilə əlaqə saxlayaraq, iki böyük ölkənin hərbi qarşıdurmasına səbəb olacaq hadisələrin baş verməməsi üçün xəbərdarlıq ediblər.
“AzPolitika.info” xəbər verir ki, “Associated Press” Agentliyi belə bir məlumat yayıb.
Agentlik bildirir ki, Baydenin Ukraynaya səfəri çox özəl və nadir xüsusiyyətə malik olub. Belə ki, indiyə qədər çox nadir hallarda hansısa ABŞ Prezidenti münaqişə zonasına, özü də hava məkanına tam nəzarət etmədiyi bir əraziyə səfər edib. Ona görə də Ağ Ev Rusiya rəhbərliyi ilə öncədən əlaqə yaradaraq, hər hansı münaqişə səbəbi yaratmamasını istəyib.
Xəbərdə o da bildirilir ki, Baydenin Ukraynaya səfəri zamanı ABŞ-ın “E-3 Sentry” və “RC-135W Rivet Joint” radar təyyarələri də daxil olmaqla, bir neçə hərbi təyyarə Polşa ərazisindən Kiyevin hava məkanını nəzarətdə saxlayıb.
“AzPolitika.info”


Şərhlər