Menu

“Diplomatik missiyaya hücumu siyasiləşdirməyin...” – İrandan Azərbaycana cavab

20.02.2023, 18:57
“Diplomatik missiyaya hücumu siyasiləşdirməyin...” – İrandan Azərbaycana cavab

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaani Bakını “qərəzli münasibətdən çəkinməyə və diplomatik missiyaya hücumla bağlı siyasiləşdirilmiş bəyanatlar səsləndirməməyə” çağırıb. 

“Turan” agentliyinin yaydığı məlumata görə, nümayəndə əlavə edib ki, “bu acı insidentin bütün aspektlərinə baxılır və o xüsusiləşdirilmiş qaydada diqqətlə öyrənilir”. Kənaani bildirib ki, İran bu təhqiqatın nəticələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən İran hakimiyyətini Azərbaycanın Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham edib: "Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran KİV-lərinə müsahibələr verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəli olduğunu göstərir”.

İlham Əliyev İran hakimiyyətinin təhqiqat aparmalı və təkcə terrorçunu yox, həm də onu göndərən həmin rəsmi dairələrin nümayəndələrini cəzalandırmalı olduğunu bildirib. Prezidentin sözlərinə görə, bunsuz İranla münasibətlərimizin normallaşması mümkün deyil.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-02-21 13:38:28

Bir dövlet ki ,Dini siyaset üçün alet edib o dövlet gec tez mehve mehkumdur.Bu fars tiryeki molla ermeni rejimi başını qaldırıb bir dünyaya baxmır görsen diger xalqlar nece yaşayıb inkişaf edir.Bir kor gözlerini açan b qonşu Türkiyyeye baxsın ki nece imanlı dine Allaha bağlı milletdir,dinin dayağıdur daha farslar kimi dini hörmetden salmırlar.

B.Qarabağlı 2023-02-20 22:11:32

Rəsmi Tehran böyük Çinin, yaxın qonşusu Azərbaycanın və öz vətəndaşlarının etimadı naminə öz vətəndaşına, qonşu dövlətə qarşı nəinki, hegemonluq, hər hansı təzyiqdən imtina etməlidir.

Eli 2023-02-20 20:53:52

Bunların Allahsız ve gerizekalı olmağının dübutu bunların bele yeke yeke,zor dilinde danışmaqlarıdır.

vətəndaşı 2023-02-20 19:03:25

sözə bax-e siyasləşdirməyin--sən ağlından keçəni elə sonrada belə de

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol