Menu

Hataydakı son zəlzələ zamanı 8 nəfər xəsarət alıb" - Fuat Oktay (Yenilənib)

20.02.2023, 23:13
Hataydakı son zəlzələ zamanı 8 nəfər xəsarət alıb" - Fuat Oktay (Yenilənib)

Hataydakı son zəlzələ zamanı 8 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin vitse-prezident Fuat Oktay məlumat verib.

“28 bildiriş almışıq. Hər birini ayrı-ayrılıqda qiymətləndiririk. 8 yaralımız var”, - deyə o bildirib.

***

Türkiyənin Hatay vilayətində iki güclü zəlzələ nəticəsində dağıntılar və insan itkisi ilə bağlı dəqiqləşdirmələr aparılır.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hatayda baş verən zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Bölgədəki vətəndaşlarımızdan xarab olan binalardan uzaq durmaları və qruplarımızın xəbərdarlıqlarına həssaslıqla əməl etmələri xahiş olunur", - F.Oktay deyib.

AFAD da vətəndaşları dəniz səviyyəsinin 50 santimetrə qədər qalxma riskinə qarşı sahil zolağından uzaq durmağa çağırıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol