Menu

Bayden Kiyevə səfərindən bir gün əvvəl restoranda etirazçı ilə qarşılaşıb – VİDEO

21.02.2023, 13:06
Bayden Kiyevə səfərindən bir gün əvvəl restoranda etirazçı ilə qarşılaşıb – VİDEO

Xəbər verildiyi kimi, ötən gün Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edən ABŞ Prezidenti Co Bayden burada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

“AzPolitika.info” Britaniya mətbuatına istinadla xəbər verir ki, ABŞ Prezidenti Kiyevə səfərindən bir gün öncə müharibə əleyhdarı etirazçı tərəfindən təqib edilib.

Belə ki, Bayden Vaşinqtondakı restoranlardan birində həyat yoldaşı Cillə axşam yeməyi yeyərkən ABŞ-dakı solçu hərəkatlardan “Kod Pink” qrupunun lideri qışqırmağa və Baydeni Ukraynadakı müharibəni dayandırmağa çağırıb.

Etirazçı qadın bunları deyib: “Cənab Bayden, sizi narahat etmək istəmirəm. Amma Ukraynadakı bu müharibəni bitirməliyik. Biz danışıqları gücləndirməliyik!

Xahiş edirəm, Kubanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarın. Sizi narahat etmək istəmirəm, məmnuniyyətlə buranı tərk edəcəm. Amma ümid edirəm ki, sülh danışıqları və müzakirələr irəliləyəcək və Kuba dövlətini terroru dəstəkləyən ölkələr siyahısından çıxaracağıq".

“AzPolitika.info”


Şərhlər

Turan 2023-02-21 19:08:53

Demokratiya

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol