Menu

ABŞ Vladimir Putinə cavab verib - “Onun bütün iddiaları absurddur”

21.02.2023, 17:40
ABŞ Vladimir Putinə cavab verib - “Onun bütün iddiaları absurddur”

“Rusiya Prezidenti Vladimir Putinin Rusiyaya Qərbdən gələn təhdidlərlə bağlı bütün iddiaları absurddur. Kreml rəhbəri şəxsən özü Ukrayna ərazisinə genişmiqyaslı müdaxilə barədə qərar verib”.

“Report” xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O söyləyib ki, kimsə Rusiyaya hücum etmir: “Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarsa, müharibə bitəcək. Ancaq Kiyev döyüşləri davam etdirməsə, ABŞ bu dövlətə köməyi dayandırsa, Ukrayna xəritədən silinəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsində iştirakını dayandırdıqlarını bidirib.

Şərhlər

qaraguruh 2023-02-22 00:40:59

onun bütün iddiaları doğrudur--amerika olan yerdə hak ədalət və sağlam həyat olmur--mən rusbaş deyiləm lakin yaxşı təhlilçiyəm--təvazükarlıqdan uzaq--m--bunu bir yerə qeyd edək zamanı gələndə görəcəyik--rusun bir mənfi cəhəti varsa o da dövləti ermənilərə qaptırmasıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol