Menu

ABŞ, NATO, Avropa İttifaqından Putinin qərarına reaksiya – Rusiya beynəlxalq təhlükəsizlik sistemini məhv edir

21.02.2023, 18:08
ABŞ, NATO, Avropa İttifaqından Putinin qərarına reaksiya – Rusiya beynəlxalq təhlükəsizlik sistemini məhv edir

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya Prezidenti Vladimir Putinin Moskvanın Vaşinqtonla START-3 müqaviləsində iştirakını dayandıracağı ilə bağlı bəyanatını “kədərli və məsuliyyətsiz” addım adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, Blinken ABŞ-ın Rusiyanın real hərəkətlərini diqqətlə izləyəcəyini, özünün və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazır olduğunu bildirib.

Dövlət katibi onu da deyib ki, hər an Rusiya ilə nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı danışıqlara qayıtmağa hazırdır.

Putinin bəyanatını NATO-nun Baş katibi Yens Stoltenberq də pisləyib. Onun sözlərinə görə, Rusiya beynəlxalq təhlükəsizliyin arxitekturasını qəsdən məhv edir. Avropa İttifaqının xarici işlər naziri Josep Borrell isə bildirib ki, Moskva Soyuq Müharibədən sonrakı təhlükəsizlik sistemini ləğv edir.

Xatırladaq ki, START müqaviləsi 2010-cu ildə imzalanıb. Onun qüvvədə olma müddəti 2026-cı ilin fevralına qədər uzadılıb. O, həm ABŞ-da, həm də Rusiyada yerləşdirilən nüvə başlıqlarının və daşıyıcı vasitələrin sayına məhdudiyyət, həmçinin qarşılıqlı yoxlamalar və məsləhətləşmələri nəzərdə tutur.

Putin Federal Məclisə müraciətində START-3 müqaviləsində iştirakın dayandırılmasını NATO ölkələrinin Ukraynada Rusiyanı strateji məğlubiyyətə uğrtamaq istəməsi ilə əsaslandırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol