Menu

Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Azərbaycana gəlib

22.02.2023, 10:30
Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Azərbaycana gəlib

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

"Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşdük. Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə etdik", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol