Menu

"Özümüzü nüvə silahı ilə müdafiə etmək hüququmuz var" - Rusiya ABŞ-a xəbərdarlıq edib

22.02.2023, 11:26
"Özümüzü nüvə silahı ilə müdafiə etmək hüququmuz var" - Rusiya ABŞ-a xəbərdarlıq edib

“Vaşinqton Moskvanın məğlub olmasını istəyirsə, dünya qlobal münaqişə astanasındadır”.

“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqramda yazıb.

O bildirib ki, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək: “Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, ondan bizim özümüzü bütün silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”.

Xatırladaq ki, D.Medvedev daha əvvəl də Rusiyanın nüvə silahından istifadə etmək hüququnun olduğunu söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol