ABŞ Prezidenti Co Baydenin Polşaya səfəri zamanı növbəti kuryoz qeydə alınıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna səfərinin ardından Polşanın paytaxtı Varşavaya gedən Co Bayden, qırmızı xalça üzərində yeriyərkən yolunu azıb – xalçanın üzərindən uzaqlaşıb. Hara gedəcəyini bilməyən və qırmızı xalçadan uzaqlaşmağa davam edən Baydenin cangüdəni köməyə gəlib və onunla birlikdə yeriməyə başlayıb.
Qeyd edək ki, Baydenin bu görüntüləri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və onun sağlamlıq vəziyyəti ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
“AzPolitika.info”


Şərhlər
heç də elə deyil adamın üstünə çıxmalıydı ki?