“RUSİYA MƏĞLUB OLSA, YOX OLACAQ” - Medvedev həm qorxur, həm də hədələyir

“Əgər Rusiya qələbəyə nail olmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya olmayacaq, onu hissələrə böləcəklər”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın sabiq Prezidenti, hazırda isə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan Dmitri Medvedev Co Baydenin Varşavadakı çıxışına cavab olaraq bildirib.

Eyni zamanda, Medvedev iddia edib ki, müharibə Qərb Ukraynaya silah verməyəcəyi təqdirdə yekunlaşa bilər. Medvedev həmçinin, Baydenin rusiyalılara müraciətini tənqid edərək, onun ABŞ-ın Rusiyaya hücum etmək fikrində olmadığı barədə sözlərini “yalan və mənasız” adlandırıb.

Medvedev yenə öz “üslubunda” çıxış edərək, Baydenin ünvanına təhqiramiz ifadələr işlədib. Növbəti dəfə bildirib ki, əgər ABŞ Rusiyanın məğlubiyyətini istəyirsə, deməli, dünya miqyaslı münaqişə gözlənilir və belədə Rusiya nüvə silahı da daxil olmaqla, bütün növ silahlardan istifadə edə bilər.

“AzPolitika.info”  

635x100

Şərhlər

Azərbaycanlı 2023-02-22 22:49:18

Öz dilində desək QAVNO VANYAET

Turan 2023-02-22 21:47:01

İtdən soruşurlar ki, niyə hürürsən : Deyir ki, qorxuduram - Bəs niyə quyruğulunu bulayırsan? - Çünki özüm qorxuram

BAKILI 2023-02-22 20:37:31

Amin

Elman 2023-02-22 18:32:43

Bu sersem alkoqolikin beyanatlari adamin lap etini tokur.Meglub olsa nedi? Rusiya onsuz da meglubdu.indi qalib onu parcalamaq terkibindeki xalqlarda ag gune cixmalidi

Son yazılar