Azərbaycan Mərkəzi Bankında (AMB) qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib.
"Report" xəbər verir ii, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.
"Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.
Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya ,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi", - T. Kazımov qeyd edib.


Şərhlər
.... “son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi"…..maraqlıdır, qlobal iqtisadi meyllər deyiləndə nə nəzərdə tutulur???.....beynəlxalq maliyyə bazarlarında baş verən dəyişiklikər Azərbaycan iqtisadiyyatına əsasən enerjidaşıyıcalar bazarında müəyyənləşən dəyişikliklər vasitəsilə təsir göstərir....Mərkəzi bankda və ələlxüsus komersiya banklarının təqdimatlarında beynəlxalq maliyyə bazarlarında (fond bazarı, kredit bazarı, valyuta bazarı, sığorta bazarı, qiymətli metallar bazarı və s) baş verən / başverə biləcək dəyişikliklər və onların enerji daşıyıcılar bazarında müəyyənləşdirdiyi dəyişikliklər təhlil oluna, qiymətləndirilə bilər???....)))) təbii ki, yox !!!