Menu

ARGTMŞ bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil edib

17.11.2014, 14:59
ARGTMŞ bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Gənclər Evi”ndə qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı Dəyirmi Masa təşkil edib. Tədbirdə ARGTMŞ-nın sədri Şahin Seyidzadə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın rəhbəri Nürəddin Mehdiyev ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəalları ilə görüşüb.

Tədbir 2014-cü ilin dekabr ayında baş tutacaq bələdiyyə seçkiləri ilə bağlı gənclər təşkilatları rəhbərləri və fəal gənclərin bələdiyyə seçkiləri ilə bağlı məlumatlılığının artırılması məqsədi ilə təşkil olunub.

Tədbir zamanı İctimai Şuranın sədri iştirakçılara bələdiyyə seçkilərinin mahiyyəti və bu barədə qanunvericiliyin müvafiq maddələri haqqında məlumat verib, bələdiyyə seçkilərində gənclər təşkilatlarının fəal iştirakının vacibliyini vurğulayıb. ARGTMŞ-nın sədri təşkilatın üzvü olan gənclər təşkiları tərəfindən gənclərin qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı biliklərinin artırılması və onların bələdiyyə seçkilərində yaxından iştirakına dəstək olmalarının zəruri olduğunu qeyd edib. Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol