Menu

Putini Ukraynanı işğal etməyə kimlər həvəsləndirib? – “Onun 3 müşaviri var...”

23.02.2023, 18:33
Putini Ukraynanı işğal etməyə kimlər həvəsləndirib? – “Onun 3 müşaviri var...”

“Rusiya elitası Ukraynaya təcavüzə qarşı çıxır və müharibəni dəstəkləmir, lakin Prezident Vladimir Putinə təsir edə bilməz. O, işğalı dayandırmağa hazır deyil, əksinə onu sona çatdırmaq üçün getdikcə daha çox əzm nümayiş etdirir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” qəzetində dərc olunan məqalədə deyilir.

Nəşr iddia edir ki, COVID-19 pandemiyası zamanı Putin özünü nisbətən liberal məsləhətçilərdən təcrid edib.

Qəzetin yazdığına görə, o, ilk ayları Valdaydakı iqamətgahında köhnə dostu Mixail Kovalçukun yanında keçirib və bu, prezidenti öz tarixi missiyası haqqında düşünməyə ruhlandırıb.Nəticədə Putin Ukraynaya təcavüz etmək fikrinə gəlib.

Nəşr yazır ki, işğalı hazırlayarkən Putin digər dostu, Ukrayna Ali Radasındakı müxalifət partiyasının lideri Viktor Medvedçukun sözlərinə inanıb.

Guya o, Putini inandırıb ki, ukraynalılar Rusiya ordusunu açıq qollarla qarşılayacaqlar.

“Financial Times” yazır ki, plana görə, Medvedçuk işğaldan sonra Ukraynanı idarə etməli, onu dəstəkləmək üçün keçmiş prezident Viktor Yanukoviç tərəfindən videomüraciət yayılmalı idi.

“Planı Federal Təhlükəsizlik Xidməti dəstəkləyib, Xarici Kəşfiyyat Xidməti və Baş Qərargah buna qarşı çıxıb. Hətta Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev onun əleyhinə olub. Lakin Putin ona mövzunu daha yaxşı bildiyini söyləyib- deyə, nəşrin mənbəyi bildirib.

Məqalədə daha sonra deyilir: “Putin administrasiyasının və hökumətin iqtisadi blokunun bir çox üzvləri öz yaxınlarına müharibəyə qarşı olduqlarını, lakin özlərini gücsüz hiss etdiklərini söylədilər. Müharibə başladıqdan sonra bəzi liberal məmurlar prezidenti işğalı dayandırmağa çağırırdılar. Onlar Rusiyanın böyük bədəl ödədiyini başa düşürdülər.

Nəşr rusiyalı oliqarxlardan birinin xarici işlər naziri Sergey Lavrovdan Putinin işğala hazırlıq zamanı nə üçün müşavirlərinə qulaq asmadığını soruşub.

“Putinin üç müşaviri var, İvan Qroznı, I Pyotr, II Yekaterina” - deyə, nazir oliqarxa cavab verib.

Qəzet yazır ki, Lavrov müharibənin başlamasını fevralın 24-nə keçən gecə, Rusiya qoşunlarının Ukraynaya daxil olmasına bir neçə saat qalmış öyrənib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol