Menu

Polşada rus kəşfiyyatının agenti həbs edilib – Hərbi hissələrlə bağlı informasiya toplayırmış...

23.02.2023, 20:29
Polşada rus kəşfiyyatının agenti həbs edilib – Hərbi hissələrlə bağlı informasiya toplayırmış...

Polşanın Qdansk şəhərində Rusiya hərbi kəşfiyyatına işləyən casus yaxalanıb.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, ölkə prokurorluğu adı açıqlanmayan şübhəliyə qarşı ittiham irəli sürüb.

Müstəntiqlərin sözlərinə görə, o, hərbi hissələrin yerləşdiyi yerlər, onların təşkili, qrafiki, komandanlıq strukturu, silah-sursat, hərbi texnika və qoşunlar arasında qarşılıqlı fəaliyyət prinsipləri haqqında məlumat toplayıb.

Həmin şəxs uzun illər Polşada yaşayıb və bizneslə məşğul olub. Prokurorluq bildirir ki, 2015-2022-ci illərdə Rusiya vətəndaşı Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlıq edib və Polşa ordusu haqqında məlumat toplayıb. Departamentin məlumatına görə, rusiyalı Polşa hərbçiləri ilə söhbət edib. Onun xüsusilə Polşanın şimal-şərqindəki hərbi birləşmələrlə maraqlandığı qeyd edilir.

Casus həm də korrupsiya maddəsi ilə ittiham olunur. Onu on ilə qədər həbs gözləyir.

Ötən ilin dekabrında Almaniyada ölkənin Federal Kəşfiyyat və Əks-Kəşfiyyat Xidmətinin əməkdaşı həbs edilib. O, FSB-də işləməkdə şübhəli bilinir. İddialara görə, o, Ukraynada Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemlərinin və alman İris-T hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi barədə məlumat almağa çalışıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol