Menu

Ərdoğan və Zelenski Nobel Sülh Mükafatına namizəd oldu

24.02.2023, 11:57
Ərdoğan və Zelenski Nobel Sülh Mükafatına namizəd oldu

Nobel İnstitutu, 2023 Nobel Sülh Mükafatı üçün 305 namizədin olduğunu açıqlayıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, namizədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Türkiyə liderinin Rusiya-Ukrayna müharibəsində sülhün təmin edilməsi ilə bağlı göstərdiyi səylərə görə, namizəd göstərildiyi bildirilir.

Həmçinin qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski də türkiyəli həmkarı kimi, Noebl Sülh Mükafatına namizəddir.

Bundan əlavə, namizədlər arasında NATO-nun baş katibi Jens Stoltenberg və Rusiyadan olan müxalif siyasətçi Aleksey Navalni də var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol