Menu

"Qəbiristanlıqların bələdiyyələrə verilməsi təmin olunmalıdır" - Siyavuş Novruzov

24.02.2023, 12:16
"Qəbiristanlıqların bələdiyyələrə verilməsi təmin olunmalıdır" - Siyavuş Novruzov

“Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol