Menu

Rusiyaya silah verir, Kiyevə “dost” deyir - İran yenə ikiüzlüyünü göstərir

24.02.2023, 17:44
Rusiyaya silah verir, Kiyevə “dost” deyir - İran yenə ikiüzlüyünü göstərir

“Ümid edirik ki, Ukrayna KİV-lərdə İranla bağlı təxribat xarakterli və həssas mövzuların müzakirəsindən çəkinəcək və iki ölkənin münasibətlərinə peşəkar yanaşacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani Rusiyanın “RİA Novosti” kanalına müsahibəsində bildirib.

Rusiyaya Ukrayna şəhərlərini bombalamaq üçün hərbi dronlar verən və digər hərbi yardımlar göstərən, təlimatçılar göndərən İranın rəsmi təmsilçisi utanmadan “Tehran və Kiyevi dostluq münasibətləri birləşdirir”, - deyə bildirib. 

Bununla yanaşı, İran rəsmisi münasibətlərin hazırda guya Ukraynanın günahından korlandığını deyib və qeyd edib ki, “Qərbin siyasi yanaşması və təzyiqi altında olan” Kiyevin ucbatından İran-Ukrayna münasibətlərinin keyfiyyət səviyyəsi aşağı enib.

Sonda isə Tehran rejiminin nümayəndəsi öz hakimiyyətinə məxsus həyasızlıqla İranın Ukrayna ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu söyləyib.

“AzPolitika.info”   

Şərhlər

Mubariz 2023-02-24 22:38:42

Anqlosakslar 500 ildir beseriyyeti şeyine dolayib mexluqati qoy hesab edib istismar edirler Yeralti ve yerustu servetleride o cumleden.O agizlari keharet qoxusu veren kaftar qoca qite temsilcilerinden əxz ediblerde

Roma 2023-02-24 18:31:43

El məsəlində deyilir: "Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən"...İran məncə dünyanın 3-4 ən yaramaz, ikiüzlü, riyakar, şarlatan dövlətlərindən biridir. İran ayağısürüşkən qadın kimidir...Adını İslam Respublikası qoyub, ancaq məscidləri dağıdan orada donuz saxlayan din qardaş bacılarını öldürən, yerindən yuvasından qovan, oraların daşını dəmirini satıb-sovan, narkoticarətə dəstək verən bir dövlətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol