Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilməli olan iclasın təxirə salınmasına səbəb məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin məzuniyyətə çıxması göstərilib.
Prosesin aprelin 3-dək təxirə salındığı bildirilib.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.


Şərhlər
"Avtomobildən qorun" filmində məhkəmədə aktyor Papanov uca səslə deyir, "Svobodu Yuriyu Detoçkinu"...Detoçkin avtomobilləri oğurluyub, sataraq, pulunu uçaq evlərinə köçürürmüş. Bu filmin süjetini filmin rejissoru Ryazanov və ssenaristi Braqinski bizim Bakıdan götürüblər. Belə ki, yazıçı Cəmşid Əmirovun "Qara Volqa" əsərinin qəhrəmanları olan cinayətkarlar belə hərəkətlər etmişlər...Ancaq Səlim Müslümov və onun sağ əli Əjdər Cəbiyev haqqında bu sözləri deyə bilmirəm, çünki bunlar "qazandığlarının" hamısının üstündə möhkəm oturublar və onları ancaq 12 ballıq zəlzələ ilə ordan düşürmək olar...