“Dünya maliyyə sisteminə ən böyük təhlükə nədir?” bu kimi suallarla Bloomberg xəbər saytı öz abunəçiləri olan 510 investor, treyder, analitik arasında sorğu keçirib.
Rəyi soruşulanların 52 faizi deyib ki, ən təhlükəli amil Rusiya-Ukrayna münaqişəsidir. Bu münaqişə dünya maliyyə sisteminə İslam dövləti yaraqlılarından, Ebola xəstəliyindən daha təhlükəlidir.
İslam Dövləti yaraqlılarını dünya maliyyə sisteminə ən böyük təhlükə hesab edənlər 26 faiz, Ebola xəstəliyinimaliyyə sisteminə ən böyük təhlükə hesab edənlər isə 5 faiz olub.
Sorğudabaşqa sual belə olub ki, neftin aşağı qiymətindən ən çox kimə ziyan dəyəcək? Cavab verənlərin 51 faizi deyib ki, Rusiyaya. 21 faiz Venesuelanın, 12 faiz Səudiyyə Ərəbistanının, 6 faiz İranın adını çəkib.
Bəs neftin aşağı qiymətindən kim ən çox faydalanacq?
31 faiz deyib ki, ABŞ. 18 faiz Çinin, 15 faiz Yaponiyanın, 11 faiz isə Hindistan və Avropanın adını çəkib.
Sorğuda iştirak edən avropalı ekspertlərin bu son suala cavabı digər regionların ekspertlərindən kəskin fərqlənir. Avropalı ekspertlərin, investorların çoxu əmindir ki, ucuz neftdən Avropa və Asiyanın inkişaf etmiş ölkələri daha çox udacaq, nəinki ABŞ. /AzadlıqRadiosu


Şərhlər