Menu

Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı ilə bağlı proqnozunu açıqlayıb

25.02.2023, 16:11
Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2023-cü ildə Azərbaycanda 50-54 min unsiyaya qədər əlvan metal hasil etməyi planlaşdırır.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. Məlumata görə, şirkətin mis hasilatı 4,100-4,300 ton, qızıl hasilatı isə 30-32 min unsiya proqnozlaşdırılıb.

"2023-cü il Anglo-Asiya üçün mühüm ildir, çünki o, yeni Gilar və Zəfər mədənlərinin açılışı və flotasiya zavodunun artan gücünün təhvil verilməsi ilə əhəmiyyətli mis istehsalına nail olmaq üçün keçidə başlayır. Mis istehsalının 63-71 faiz artacağı proqnozlaşdırılır. Qızıl hasilatı isə 26-30% azalacaq. Bu, qlobal dekarbonizasiya gündəmindən istifadə edərək, şirkətin misə artan diqqətinə uyğundur"- deyə mədən şirkətinin açıqlamasında bildirilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

Şərhlər

Vahid 2023-02-26 01:37:17

Qızılımızın yarısını ingiliz aparır

Mühasibət 2023-02-25 21:48:23

İldə dörd-beş min ton mis və beş-on ton qızıl üçün ekoloji natarazlıqla yanaşı, on milyonluq əhalisi olan ölkə üçün iqtisadi səmərə deyil, ən azı böyük günahdır? R.Vardanyan da nə qazanıb bilmirəm? Yazılana görə 360 milyon büdcəsi olan Qarabağ ermənilərinə 38 milyon dollar köçürüb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol