UKRAYNADAKI MÜHARİBƏ MOLDOVA ƏRAZİSİNƏ KEÇİR... - Moskvadan və Kişinyovdan açıqlamalar

“Bu, Rusiyaya hücum kimi dəyərləndiriləcək” – Rusiya XİN Qərbə xəbərdarlıq etdi

Moskva ABŞ, NATO və Ukraynaya xəbərdarlıq edib Dnestryanıda Rusiya sülhməramlılarını təhdid edən istənilən hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda Rusiya vəziyyətin gərginləşməsi ilə əlaqədar Ukrayna və NATO ölkələrinə Dnestryanı istiqamətində avantürist addımlarla bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, Dnestryanıda Kiyev tərəfindən təxribat olarsa, Rusiya Federasiyasının qoşunları buna adekvat cavab verəcək.

"Rusiya Federasiyası Dnestryanı ilə bağlı istənilən məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də bir neçə gün əvvəl Ukrayna qoşunlarının Dnestryanı ərazini işğal edəcəyini iddia edib və buna ən uyğun cavabın veriləcəyini bildirib.

Moldovadan verilən açıqlamalarda isə  Rusiyanın hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Hökumət rəsmiləri Kremlin iddialarını müharibənin bir hissəsi kimi həyata keçirilən “psixoloji əməliyyat” kimi qiymətləndirib.

"Müdafiə Nazirliyi hesab edir ki, bu, real plandan daha çox psixoloji əməliyyatın bir hissəsidir", - Moldovanın dövlət naziri Valeriu Mija deyib.

Moldova prezidenti Sandu Rumıniyaya səfəri zamanı təhlükəsizlik məsələlərindən danışıb. 


“Bəziləri ölkəmizin yıxılmasını və paytaxt Kişinyovda Kremlin maraqlarının əsarətində olan marionet hökumətin qurulmasını istəyir”, - Sandu bildirib.

Qeyd edək ki, Moldova NATO-ya üzv deyil. Lakin o, ötən ilin iyununda Ukrayna ilə eyni gündə Avropa İttifaqına namizəd statusunu qazanıb. Moldova lideri ötən həftə ölkəsinin müstəqilliyini dəstəkləməyə söz verən ABŞ prezidenti Co Baydenlə görüşüb.

“AzPolitika.info”

635x100

Şərhlər

Sanduya 2023-02-25 19:40:12

Marionet demişkən onsuzda marionetsiniz haratan desən mən başa düşə bilmirəm amerikanın dövlət başına gətirdiyi şəxslər demokratik olur rusun gətirdiyi isə marionet olur dünya elə bunu başa düşmədiyi və yaxudda başa düşmək istəmədiyi üçün bu gün bu vəziyyətdədir dünyada heç amerikanın özü belə demokrat deyil

Son yazılar