Menu

“Çin Rusiyaya öldürücü silahlar verməyi nəzərdən keçirir” - MKİ rəhbəri

26.02.2023, 08:49
“Çin Rusiyaya öldürücü silahlar verməyi nəzərdən keçirir” - MKİ rəhbəri

“Çin hakimiyyəti Ukraynaya qarşı müharibə üçün Rusiyaya öldürücü silahların verilməsi imkanını nəzərdən keçirir. Lakin rəsmi Pekin hələlik yekun qərarını verməyib”.

"Report" xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

“Biz əminik ki, Çin rəhbərliyi öldürücü silahların (Rusiyaya - red.) verilməsi imkanlarını nəzərdən keçirir”, - Börns qeyd edib.

O vurğulayıb ki, Çin bu qərarı verməsə də, Cozef Bayden administrasiyası öz növbəsində rəsmi Pekini belə bir addımdan çəkindirməyə çalışır.

Şərhlər

Oxucu. 2023-02-26 10:33:42

2×2=4 Çin bilmirki rusyadan sonra nöbbə onundur? Artıq qərb və tələyə saldığı Avropa üçün hər şey gecdir,çoxları düşünürdü rusyanı tələyə salıblar,amma heçdə belə deyil,bu iqtisadiyat üzərində qurulan müharibədir,qərb və avropa bu müharibədə olan iqtisadiyyətini çökdürdülər,burda rusya üzdədir,qalanlar isə kölgədə qalaraq 2014-dən bəri ruslara hər cür yardım ediblər.

Qebeleli 2023-02-26 09:24:37

O biri silahlar öldürücü deyilki. İndiye qeder ne edirdilerki. Çin Rusya ile raziliga gelib deyesen Vladivostok cine verilecek evezinde

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol